Haqqımızda

 

 

LİDER-M şirkətlər qrupu 1997-ci ildən nəzarət-kassa aparatlarının tətbiqi, ticarət, ictimai-iaşə, xidmət sahələrinin avtomatlaşdırılması və informasiya texnologiyaları bazarında fəaliyyət göstərir. Şirkətimizin Azərbaycan bazarında 40000-dən çox müştərisi vardır. Respublikanın bütün rayon və şəhərlərində nümayəndəliklər və filiallar şəklində təmsil olunur. 17 illik fəaliyyətimiz dövründə müştərilərimizə yüksək xidmət göstərməyə, istənilən layihəni həyata keçirmək imkanına, yüksək ixtisaslı komanda yaratmağa nail olmuşuq.

Nəzarət-kassa aparatlarının Dövlət reyestrində “Mercury-116F”, “Mercury-112F”, “Mercury-112FK”, “Mercury PK”, “Mercury mPOS64” markalı aparatların sifarişçisiyik, həmçinin 7 model nəzarət-kassa aparatına servis-xidməti göstərmək hüququmuz var.

Şirkətimiz nəzarət-kassa aparatlarının tətbiqi ilə bərabər ticarət avadanlıqlarının və proqram təminatının təchizatı sahəsində ixtisaslaşmışdır.

Dövlət reyestrinə verilən yeni təkliflərdə daha müasir POS sistemli nəzarət-kassa aparatları “HP RP 5800”, “Fujitsu-TP300”, “Pionerpos S-line”, fiskal yaddaşlı “MSTAR TK” printeri, ödəniş terminalları üçün fiskal qeydedici “MSTAR TUP992K” yer alır.

Marketlərin, restoran və kafelərin, geyim mağazalarının, oyun zallarının, xidmət sahələrinin avtomatlaşdırılması üçün dünyada tanınmış firmaların avadanlıq və proqram təminatından istifadə etməklə keyfiyyətli nəticələr əldə etmişik. Realizə etdiyimiz avadanlıqlar keyfiyyətli və etibarlı olmaqla bərabər münasib qiymətədirlər. Müştərilərimizin sifarişləri yüksək ixtisaslı kadrlarımız hesabına dəqiq və vaxtında yerinə yetirilir. Proqram təminatı Avropa istehsalıdır və lisenziyalaşmışdır. Komandamız daimi xərcləri azaltmaq üzərində işləməklə bazara uyğun qiymət tənzimlənməsinə nail olmuş ki, bu da partnyorlarımızın və müştərilərimizin yüksək gəlir götürməsinə şərait yaradır.

LİDER-M şirkətlər qrupu təminat verir:

·       Müştərilərin arzularını nəzərə almaqla qoyulan tapşırığı dəqiq başa düşmək;

·       Avadanlıq və proqram təminatı seçməklə optimal texniki həllə nail olmaq;

·       Servis xidmətini yüksək səviyyədə təşkil etmək;

·       Müştərilərin müraciətinə operativ reaksiya vermək.

Komandamızın məqsədi müştərilərimizin bütün istəklərini müasir avadanlıqlar və proqram təminatları istifadə etməklə həyata keçirmək və bu istəkləri gələcək perspektivdə inkişaf etdirmək, daha da müasirləşdirməkdir.

Bütün müştərilərimizə və partnyorlarımıza biznesdə yüksək nəticələr, şəxsi həyatda can sağlığı arzusu ilə,

  LİDER-M şirkətlər qrupunun rəhbərliyi